LG az

Sprache  Lernen  Zukunft

Qeydiyyat

Kursa qeydiyyat və kurs iştirakçılarının dil səviyyəsinin təyin edilməsi hər üç aydan bir keçirilir.
Yeni 2016/2017 tədris ili üçün aşağıda göstərilən qeydiyyat vaxtları təyin edilib:

YAY TRİMESTRİ:  12.06.2017 - 30.06.2017  (dərslərin başlanma tarixi: 07.08.2017)


Sabiq kurs iştirakçıları üçün məlumat

  • Əgər kurs iştirakçısı son trimesterdə müvəffəqiyyətlə oxuyub və təhsilini davam etdirmək istəyirsə, o, novbəti səviyyəyə yazıla bilər;
  • Əgər dil səviyyəsini yoxlamaq və ya səviyyəsini dəyişmək istəyirsinizsə, səviyyəni müəyyən etmək üçün test etməlidir;
  • Əgər kurs iştirakçısı nəticə ilə razılaşmırsa və ya ozunə əmin deyilsə, o zaman o, kursda 6 dərs vahidi ərzində iştirak edib, grupda qalıb və yə dəyişmək istədiyinə, qərar verə bilər. 


Kursa yazılmaq istəyənlər üçün məlumat:

  • Əgər kursa yazılmaq istəyən şəxslərin dil biliyi yoxdursa, onlar avtomatik olaraq A 1.1 səviyyəsinə yazılırlar;
  • Əgər kimsə əvvəllər digər kurslara gedibsə və yaxud fərdi şəkildə dil öyrənibsə, səviyyəni təyin etmək üçün test etməlidir və sonda şifahi sorğu – sual edilməlidir;
  • Əgər kurs iştirakçısı nəticə ilə razılaşmırsa və ya ozunə əmin deyilsə, o zaman o, kursda 6 dərs vahidi ərzində iştirak edib sonra qərar verə bilər; 


Ümumi məlumat:

  • Kursa yazılış yalnız o vaxt etibarlı hesab edilir ki, kursun ödənişi tam aparılsın və qeydiyyat blankında fərdi məlumatlar qeyd edilsin;
  • Kursa yazılan şəxs özü barədə məlumatı düzgün verməlidir;
  • Fərdi məlumatların dəyişildiyi təqdirdə kurs iştirakçısı bu barədə məlumat verməlidir;
  • Yerlərin əvvəlcədə tutulması (rezervasiya) mümkün deil;
  • Kursdan imtina yalnız o vaxt mümkündür ki, kurs hələ başlamamış olsun və ya bunun üçün ciddi səbəblər mövcuddur;
  • Qrupun yığılmadığı təqdirdə ödəniş tam qaytarılır.

 



Əlaqə

Ünvan: Bəşir Səfəroğlu küç. 133,
AZ 1009, Bаkı, Azərbaycan
Tel.:    +99412 596 70 08
Mob.:  +99450 596 70 08
E-Mail: info@slz.az