LG az

Sprache  Lernen  Zukunft

Bizim dərs metodumuz

Dərslər kommunikativ metoda əsaslanır

  • dərslər alman dilində keçilir
  • dinləməyə, oxumağa, yazmağa və danışmağa eyni dərəcədə əhəmiyyət verilir
  • Siz artıq birinci dərsdən almanca danışırsınız!
  • dərsdə özünü beynəlxalq miqyasda doğruldmuş dərsliklər, didaktik oyunlar, filmlər və mahnılardan istifadə olunur
  • mərkəzdəki mühit Sizə alman mədəniyyəti ilə tanış olmaq imkanı verməklə Sizdə Almaniya haqqında təsəvvür yaradır

Bütün bunlar alman dilinə asan yiyələnməyə və hətta dərsdən həzz almağa imkan verir!
Biz dərslərdə özünü doğrultmuş dərsliklərdən və həmçinin müasir texniki avadanlıqlardan istifadə edirik. Alman Dili Tədrisi Mərkəzində dərslər zamanı dünyada bütün Höte İnstitutları tərəfindən istifadə olunan metodika tətbiq olunur.
Tələbələrimiz aktual informasiyalar, autentik mətnlər və alman dərslikləri əsasında müasir alman dili bilikləri əldə edirlər.
“Biri danışır və bütün sinif yatır” bu əvvəllər belə idi! Alman Dili Tədrisi Mərkəzinin dərslərində tələbə hər zaman əsas iştirakçıdır.





Əlaqə

Ünvan: Bəşir Səfəroğlu küç. 133,
AZ 1009, Bаkı, Azərbaycan
Tel.:    +99412 596 70 08
Mob.:  +99450 596 70 08
E-Mail: info@slz.az