LG az

Sprache  Lernen  Zukunft

Höte-İnstitutu ilə əməkdaşlıq

GİAlman Dili Tədrisi Mərkəzi Höte İnstitunun tərəfdaşıdır. Höte İnstitutu Almaniya Federativ Respublikasının mədəniyyət institutu olaraq, xaricdə mədəniyyət və təhsil siyasətinin əsas maraqlarından çıxış edərək Alman Dili Tədrisi Mərkəzini dəstəkləyir.
Alman Dili Tədrisi Mərkəzi Höte-İnstitutu ilə əməkdaşlıq nəticəsində və həmçinin Alman səfirliyinin böyük dəstəyi ilə yaradılmışdır və 2009-cu ilin fevral ayından başlayaraq alman dilinin yüksək dərəcədə tədrisi ilə məşğuldur. Alman Dili Tədrisi Mərkəzi, nəinki müasir texniki avadanlıqla, həmçinin yeni kitablar və tədris vəsaitləri, dərslərdə istifadə olunan bir çox əlavə materiallarla zəngin geniş kitabxana ilə təchiz olunub.
Alman Dili Tədrisi Mərkəzi Höte-İnstitutunun dəstəyi ilə Azərbaycanda yaşayan insanların alman dilinə yiyələnməsi, alman mədəniyyəti və alman cəmiyyəti ilə yaxından tanış olmasına böyük imkanlar yaradır. Beləliklə, biz mədəniyyət sahəsində əməkdaşlığa şərait yaradırıq və dünyanı Almaniyanın rəngarəng siması ilə tanış edirik.
Alman Dili Tədrisi Mərkəzi beynəlxalq Höte-İnstitutlar şəbəkəsinə aiddir. Höte-İnstitutunun Almaniyanın özündə 13 İnstitutu, dünyanın 91 ölkəsində 136 Höte-İnstitutu və Höte Mərkəzi, bundan əlavə, müxtəlif oxu zalları, Höte mədəniyyət birlikləri, imtahan və Dil Tədris Mərkəzləri vardır. Höte-İnstitutu Alman Dilinin xarici dil kimi tədrisində, müəllimlərin təkmilləşdirilməsi və tədris metodlarının hazırlanması, imtahanların keçirilməsi və yeni dərs materiallarının işlənilib hazirlanması sahəsində 50 illik təcrübəyə malikdir.

Höte-İnstitutu qarşısına 3 əsas məqsəd qoymuşdur:

  1. alman dilinin bütün dünyada təşviqi;
  2. mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın dəstəklənməsi;
  3. lmaniyanın bugünkü simasının mədəni həyatı və açıq cəmiyyəti haqqında informasiyalar vasitəsi ilə təqdim olunması.

Alman Dili Tədrisi Mərkəzi bu məqsədlərin öz fəaliyyəti sayəsində həyata keçirilməsi vəzifəsini öz üzərinə götürmüş və Höte- İnstitutunun bərabərhüquqlu tərəfdaşı kimi, Almaniya Federativ Respublikasının nüfuzunun yüksəldilməsi, müxtəlif milli və regional mədəni adət-ənənələrin qəbul olunmasına köməklik edilməsi və iki dövlətin bir-birinin mədəniyyətinə qarşı olan tolerantlığının artırılması üçün çalışır.
Öz fəaliyyətimizdə biz Höte-İnstitutu ilə birlikdə qloballaşmanın mədəni-siyasi problemləri ilə üzləşir və qarşılıqlı anlaşma yolu ilə əldə olunan daha humanist və mədəni dünya üçün çalışırıq.
Azərbaycanda alman dilinin təşviq edilməsində əsas məqsədimiz başqa xalqların nümayəndələri və almanlar arasında ünsiyyəti asanlaşdırmaq, onlar üçün Almaniyanın təhsil sistemi ilə tanışlığa imkan yaratmaq və bununla onların ixtisasları ilə bağlı imkanlarının yaxşılaşdırılmasıdır. Biz alman dilinin öyrədilməsinə şərait yaradaraq və bu prosesi Höte İnstitutu ilə sıx əməkdaşlıqda dəstəkləyərək dünyada çoxdilliliyin inkişafına öz töhfəmizi vermiş oluruq.
Dil tədrisi sahəsində Höte-Institutunun fəaliyyəti Almaniyanın dil tədrisi siyasətinin əsas hissəsidir. Bu siyasətin əsas məqsədi alman dilinin nəyin bahasına olursa olsun yayılması deyil, həmçinin xarici ölkələrin təhsil, mədəniyyət, elm və iqtisadiyyat sahəsindəki tələbatlarına yönəldilmişdir.
Höte-Institutu bununla yanaşı öz fəaliyyətinə görə cavabdehlik daşıyır və siyasətdən kənar işləyir. Höte İnstitutunun bu əsas prinsipləri həmçinin Azərbaycandakı Alman Dili Tədrisi Mərkəzinin fəaliyyətinin əsasını təşkil edir.
Alman Dili Tədrisi Mərkəzinin qapıları öz fəaliyyətində alman dilli ölkələr ilə, alman dili və alman mədəniyyəti ilə əlaqəsi olan hər bir kəs üçün açıqdır. Bununla biz Azərbaycan xalqına xarici dili bilməyin böyük mahiyyət daşıdığını çatdırmaq və bizim aktiv fəaliyyətimizlə alman dilinin əhəmiyyətini dünyada gücləndirmək istəyirik.
Höte Institutunun fəaliyyəti tədris müəssisələri, təşkilatlar və ictimai həyatın müxtəlif sahələrindən olan fiziki şəxslər ilə birgə tərəfdaşlıq prinsiplərinə əsaslanır.
Höte Institutu ilə birlikdə, biz Almaniya tarixinin şübhəsiz olaraq ən tolerant və liberal ənənələrinə aid olan, xarici və mədəniyyət siyasəti adından fəaliyyət göstəririk.
Məhz tarixi məsuliyyət nəzərə alınsa, bu siyasət həmçinin əcnəbilərə qarşı nifrət və ayrı-seçkiliyin bütün formalarına qarşı yönəlmişdir. Bu siyasətin müsbət nəticəsi olaraq Almaniyanin 1945-ci ildən sonra beynəlxalq ictimaiyyət qarşısında hörməti yenə də artmışdır.
Almaniyanın mədəniyyət siyasətinin əsas məqsədlərindən biri, insanlar arasındakı anlaşmanı və təması dəstəkləməkdir. Biz öz təcrübəmiz və mədəniyyətlərarası peşəkar biliklərimizdən yararlanaraq, etimadın yaradılması, sülhün təminatı, təhsil və müxtəlifliyin inkişafına dəstək göstəririk.
Alman Dili Tədrisi mərkəzi bu məqsədlərin düzgünlüyünə əmindir və onların Azərbaycanda həyata keçirilməsini öz öhdəsinə götürür.
Almaniyanın mədəni siyasətinin məqsədi insanlar arasında qarşılıqlı anlaşmanı dəstəkləməkdir.



Əlaqə

Ünvan: Bəşir Səfəroğlu küç. 133,
AZ 1009, Bаkı, Azərbaycan
Tel.:    +99412 596 70 08
Mob.:  +99450 596 70 08
E-Mail: info@slz.az