LG az

Sprache  Lernen  Zukunft

Alman Dili Tədrisi Mərkəzi

AkkreditiertAlman Dili Tədrisi Mərkəzi Azərbaycan Almaniya Federativ Respublikasının Höte adına Dövlət Mədəniyyət İnstitutunun tərəfdaşı olaraq artıq 2009-cu ilin fevral ayından Bakıda alman dilinin tədrisi ilə məşğuldur.

Dünyada gündən günə çoxalan Höte İnstitutunun tərəfdaşı olan Tədris Mərkəzlərində alman dili və mədəniyyətini yüksək səviyyədə öyrənməyə imkan yaradılır. Bu mərkəzlərdə müntəzəm olaraq Höte İnstitutunun  keyfiyyət standartlarına uyğunluğu yoxlanılır. Mərkəzlər müsbət nəticə göstərdikdə Akkreditasiyadan keçmiş hesab olunur. Bizim Tədris Mərkəzimiz həmçinin 2012-ci ildə Akkreditasiyadan uğurla keçib və Akkreditə nişanı ilə təltif olunub.

Dil kursları ilə yanaşı Alman Dili Tədrisi Mərkəzində beynəlxalq miqyasda tanınan Höte Sertifikat İmtahanları (A1, A2, B1, B2 və C1) keçirilir. Bu sertifikatları əldə edən hər şəxs alman dilli ölkələrdə təhsillərini davam etdirə bilərlər. Məlumat üçün bildirək ki, Almaniyada yaşayış və işlə təmin olunmaq istəyənlər üçün Höte sertifikatlarını əldə etmək zəruri şərtlərdən biridir.

Onu da qeyd edək ki, bizim təhsil  müəssisəmiz həmçinin TestDaF və OnDaF İmtahan Mərkəzidir.

Mərkəzin müəllim heyəti yüksək potensiala malikdi. Onlar işlərini maraqla görür, müntəzəm olaraq həm Almaniya Federativ Respublikasında, həm də mərkəzdə təşkil edilən təkmilləşmə seminarlarında iştirak edirlər.

2016 - cı ildən Gürcüstan Höte İnstitutu ilə birgə Alman Dili Tədrisi Mərkəzi Azərbaycanda fəaliyyət göstərən alman dili müəllimləri üçün təkmilləşdirmə seminarlarını mərkəzdə və hətta regionlarda təşkil edir. Bu seminarlar mərkəzin multiplikatorları tərəfindən aparılır.

Alman Dili Tədrisi Mərkəzi Cənubi Qafqazda Höte İnstitutunun birinci tərəfdaşıdır və bu qısa zamanda özünü doğrultmuş bir layihədir.

Gürcüstan Höte İnstitutu və Bakıdakı Almaniya Federativ Respublikasının səfirliyi ilə müntəzəm olaraq konstruktiv fikir mübadiləsi aparılır və bununla da Alman Dili Tədrisi Mərkəzinin dost çərçivəsini genişləndirir.

Bundan əlavə biz Azərbaycan Respublikası Təhsil Nazirliyinə, “PASCH Məktəbləri: Gələcəyin tərəfdaşları” Proqramına, DAAD-yə (Alman Akademik Mübadilə xidməti) və PAD-yə (Alman Pedaqoji Mübadilə Xidməti) dəstək və six əməkdaşlığa görə təşəkkür edirik. Bu əməkdaşlıq nəticəsində Azərbaycanda alman dilinə olan maraq inkişaf edir və əhalimiz daha dərindən alman mədəniyyəti ilə tanış olurlar.

 

 



Əlaqə

Ünvan: Bəşir Səfəroğlu küç. 133,
AZ 1009, Bаkı, Azərbaycan
Tel.:    +99412 596 70 08
Mob.:  +99450 596 70 08
E-Mail: info@slz.az