Alman Dili Tədrisi Mərkəzi Azərbaycan Almaniya Federativ Respublikasının Höte adına Dövlət Mədəniyyət İnstitutunun tərəfdaşı olaraq artıq 2009-cu ilin fevral ayından Bakıda alman dilinin tədrisi ilə məşğuldur. Bütün dünyada gündən günə çoxalan Höte İnsitutunun tərəfdaşları olan tədris mərkəzlərində yerli vətəndaşlara alman dili və mədəniyyətini yüksək səviyyədə öyrənməyə imkan yaradılır.
Dil kursları ilə yanaşı Alman Dili Tədrisi Mərkəzində Höte Sertifikat İmtahanları (A1, A2, B1, B2 və C1) keçirilir. Bu sertifikatlar beynəlxalq miqyasda tanınır və onları əldə edən gənclər alman dilli ölkələrdə təhsillərini davam etdirə bilərlər. Məlumat üçün bildirək ki, Almaniyada yaşayış və işlə təmin olunmaq istəyənlər üçün Höte sertifikatlarını əldə etmək zəruri şərtlərdən biridir.
Onu da qeyd edək ki, bizim təhsil müəssisəmiz həmçinin TestDaF, TestAS və OnSET İmtahan Mərkəzidir.
Mərkəzin müəllim heyəti yüksək potensiala malikdi. Onlar işlərini maraqla görür, müntəzəm olaraq həm Almaniya Federativ Respublikasında, həm də mərkəzdə təşkil edilən təkmilləşmə seminarlarında iştirak edirlər.
2016 - cı ildən Gürcüstan Höte İnstitutu və 2018-ci ildən Azərbaycanda alman dilini tədris edən müəllimlərin ictimayı birliyi ilə alman dili müəllimləri üçün Bakıda və regionlarda təkminləşdirmə seminarlarını təşkil edir.
Alman Dili Tədrisi Mərkəzi Cənubi Qafqazda Höte - İnstitutunun birinci tərəfdaşıdır və 2012, 2017, 2022 illərdə Höte İnstitutu tərəfindən müvəffəqiyyətlə audit olunmuşdur. Bununla o özünü uğurlu layihə kimi doğrultmuşdur. Gürcüstan Höte İnstitutu, Höte Mərkəzi Bakı və Bakıdakı Almaniya Federativ Respublikasının səfirliyi ilə müntəzəm olaraq konstruktiv fikir mübadiləsi aparılır və bununla da Alman Dili Tədrisi Mərkəzinin dost çərçivəsini genişləndirir.
Bundan əlavə biz Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycanda alman dilini tədris edən müəllimlərin ictimayı birliyinə, “PASCH Məktəbləri: Gələcəyin tərəfdaşları” Proqramına, DAAD-yə (Alman Akademik Mübadilə xidməti) və PAD-yə (Alman Pedaqoji Mübadilə Xidməti) dəstək və six əməkdaşlığa görə təşəkkür edirik. Bu əməkdaşlıq nəticəsində Azərbaycanda alman dilinə olan maraq inkişaf edir və əhalimiz daha dərindən alman mədəniyyəti ilə tanış olur.