Böyüklər üçün dil kursları (16 yaşdan yuxarı)
Mərkəzimizdə Dil Səviyyələrinin Ümumavropa Qiymətləndirmə Cədvəlinə uyğun olaraq A1 - C1 səviyyələri üçün standart, intensiv və super intensiv kurs təklif edirik. Standartlara uyğun hər səviyyə 2 yarım səviyyəyə bölünür.
Standart kurs:
- Dərslərin başlanması: yanvar, aprel, sentyabr
- Kursun davamiyyəti: 12 həftə
- Dərslərin intensivliyi: həftədə 2 dəfə
- Dərsin müddəti: 150 dəq. (3 ak. saat + 15 dəq. fasilə)
- Qrup iştirakçılarının sayı: 10 - 16 nəfər olarsa 72 ak. saat
- Qrup iştirakçılarının sayı: 10 nəfərdən az olarsa 60 ak. saat
- (1 akademik saat = 45 dəq.)
İntensiv kurs:
- Dərslərin başlanması: yanvar, aprel, sentyabr
- Kursun davamiyyəti: 6 həftə
- Dərslərin intensivliyi: həftədə 4 dəfə
- Dərsin müddəti: 150 dəq. (3 ak. saat + 15 dəq. fasilə)
- Qrup iştirakçılarının sayı: 10 - 16 nəfər olarsa 72 ak. saat
- Qrup iştirakçılarının sayı: 10 nəfərdən az olarsa 60 ak. saat
- (1 akademik saat = 45 dəq.)
Super intensiv kurs:
- Dərslərin başlanması: avqust
- Kursun davamiyyəti: 5 həftə
- Dərslərin intensivliyi: həftədə 5 dəfə
- Dərsin müddəti: 150 dəq. (3 ak. saat + 15 dəq. fasilə)
- Qrup iştirakçılarının sayı: 10 - 16 nəfər olarsa 72 ak. saat
- Qrup iştirakçılarının sayı: 10 nəfərdən az olarsa 60 ak. saat
- (1 akademik saat = 45 dəq.)
Yeniyetmələr üçün dil kursları (13 - 16 yaş)
Alman Dili Tədris Mərkəzi yeniyetmələrin yaş xüsusiyyətlərini nəzərə alaraq xüsusi kurslar təklif edir.
- Dərslərin başlanması: yanvar, aprel, sentyabr
- Kursun davamiyyəti: 12 həftə
- Dərslərin intensivliyi: həftədə 2 dəfə
- Dərsin müddəti: 150 dəq. (3 ak. saat + 15 dəq. fasilə)
- Qrup iştirakçılarının sayı: 10 - 16 nəfər olarsa 72 ak. saat
- Qrup iştirakçılarının sayı: 10 nəfərdən az olarsa 60 ak. saat
- (1 akademik saat = 45 dəq.)
Uşaqlar üçün dil kursları (10 - 13 yaş)
Alman Dili Tədris Mərkəzi uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq Dil Səviyyələrinin Ümumavropa Qiymətləndirmə Cədvəlinə uyğun olaraq A 1 - B 1 səviyyələri üçün kurslar təklif edir.
Tədris mərkəzində hər səviyyə daha iki yarımsəviyyəyə bölünür. Bir yarım səviyyəni 2 və ya 3 trimestr ərzində bitirmək olar. O, səviyyədən asılıdır. Bundan əlavə balaca öyrəncilərimiz üçün müxtəlif proyekt və müsabiqələr təşkil edirik.
- Dərslərin başlanması: yanvar, aprel, sentyabr
- Kursun davamiyyəti: 12 həftə
- Dərslərin intensivliyi: həftədə 1 dəfə
- Dərsin müddəti: 150 dəq. (3 ak. saat + 15 dəq. fasilə)
- Qrup iştirakçılarının sayı: 8 - 12 nəfər olarsa 36 ak. saat
- (1 akademik saat = 45 dəq.)
Danışıq klubu, seminarlar, proyektlər, müsabiqələr
Müntəzəm olaraq mərkəzimizdə kurs iştirakçılarımıza danışıq klubu, Almaniya və Avstriya haqqında seminarlar, proyektlər və film klubu təklif edirik. Bu tədbirlər dil daşıyıcı tərəfindən aparılır.