LG az

Sprache  Lernen  Zukunft

TestDaF imtahanları

TestDaF Logo

2010-cu ildə Alman Dili Tədrisi Mərkəzi Test DaF İnstitutunun lisenziyasını əldə edib və hal-hazırda Azərbaycanda üç imtahan təklif edir. Bunlar TestDaF, onSET və TestAS imtahanlarıdır.
Test DaF imtahanı
TestDaF imtahanı yüksək dil biliklərini, Dil Səviyyələrinin Ümumavropa Qiymətləndirmə Cədvəlinə uyğun B2-C1 səviyyələrini tələb edir.

Bu imtahanın sertifikatı zəruri şərt ola bilər, əgər siz Almaniyada

  • təhsil almaq
  • tədqiqatla məşğul olmaq
  • Alman dili biliklərinizi təsdiq etmək
  • Alman dilli ölkələrdə işlə təmin olmaq

istəyirsinizsə.

TestDaF imtahanı bütün dünyada eyni günlərdə keçirilir.

http://www.testdaf.de/fuer-teilnehmende/die-pruefung/pruefungstermine/

TestDaF imtahanı üçün qeydiyyat TestDaF veb səhifəsindən aparılır və iştirakçı yerlərin sayı məhdud olur. 

http://www.testdaf.de/fuer-teilnehmende/die-pruefung/testzentren/testzentren-weltweit-von-a-bis-c/#anker_a

onSET Alman və onSET İngilis dili imtahanları
Online dil səviyyəsini müəyyənləşdirən test internet vasitəsi ilə keçirilir. Bu test Dil Səviyyələrinin Ümumavropa Qiymətləndirmə Cədvəlindəki A2-C1 səviyyələrə uyğun hal-hazırki dil biliyini göstərir.
On SET imtahanının bir neçə üstünlükləri var:

  • tez
  • dəqiq
  • obyektiv
  • nəticənin dərhal imtahandan sonra açıqlanması

və sairə.
Bu test haqqında daha ətraflı buradan öyrənə bilərsiniz:
https://www.ondaf.de/ondaf/info/home.jsp

onSET imtahanı üçün qeydiyyat Alman Dili Tədrisi Mərkəzi tərəfindən əvvəlcə müəyyən olunmuş tarixlərdə aparılır və imtahan rüsumu 40 manat təşkil edir.
Daha ətraflı məlumatı mərkəzin bürosundan əldə edə bilərsiniz.

TestAS imtahanı
TestAS mərkəzi və standartlaşmış imtahandır. O, Almaniyada təhsil almaq istəyən şəxslərin vacib olan koqnitiv vərdişlərini yoxlayır.
TestAS imtahanının bu kimi üstünlükləri var:

  • lazımlı vərdişlərin real qiymətləndirilməsi
  • tələbə olmaq şansının artırılması
  • arzu olunan təhsil sisteminin tipik tələbləri ilə tanış olmaq imkanı

Bu test haqqında daha ətraflı buradan öyrənə bilərsiniz:
http://www.testas.de/index.html

TestAS imtahanı bütün dünyada eyni günlərdə keçirilir.
https://www.testas.de/de/pruefungstermine.htm

TestAS imtahanı üçün qeydiyyat Test AS Veb səhifəsindən aparılır və iştirakçı yerlərin sayı məhdud olur. 

https://www.testas.de/gast/testas/teilnehmer/showHome.do?target=showBooking

 

 



Əlaqə

Ünvan: Bəşir Səfəroğlu küç. 133,
AZ 1009, Bаkı, Azərbaycan
Tel.:    +99412 596 70 08
Mob.:  +99450 596 70 08
E-Mail: info@slz.az