LG az

Höte-Sertifikatı

Zertifikat de

Höte- Sertifikatı imtahanları, Azərbaycan Respublikasında Höte-İnstitutunun rəsmi tərəfdaşı olan Alman Dili Tədrisi Mərkəzində keçirilir.

Sizə, Höte-Sertifikatı nə üçün lazımdır ???

- Alman dili biliklərinizin təsdiqi haqqında sənəd almaq,
- Almaniyada təqaüd almaq üçün müraciət etmək;
- Alman dilli ölkələrin birində təhsil almaq;
- Au-Pair kimi Almaniya, Avstriya və ya İsveçrəyə getmək;
- Azərbaycanda fəaliyyət göstərən alman müəssisələrində işlə təmin olunmaq;
- Almaniyada işləmək üçün iş icazəsi almaq;
- Alman dilli ölkələrdə səfər zamanı ünsiyyət qurmaq.

İMTAHANA QEYDİYYAT

1. Cədvəldə göstərilən qeydiyyat tarixlərində, saat 09:00-dan - 21:00-dək online olaraq imtahan qeydiyyat vərəqəsini doldurub göndərməlisiniz.
2. Sizə qeydiyyat vərəqənizin Alman Dili Tədrisi Mərkəzinə çatması haqqında avtomatik mesaj göndəriləcək. Zəhmət olmasa bu avtomatik mesaja cavab yazmayın.
3. Sizə qeyd etdiyiniz elektron ünvana imtahan rüsumunu ödəmək üçün hesab faktura göndəriləcək. Hesab fakturada göstərilən məbləğ "AccessBank"-ın cari günün valyuta məzənnəsinə uyğun hesablanır.
4. Siz göndərilən hesab fakturanı çap edərək, şəxsiyyət vəsiqəsi ilə "AccessBank"-a yaxınlaşmalısınız və bankda hesab açmadan, imtahan rüsumunu Alman Dili Tədrisi Mərkəzinin MANAT hesabına köçürməlisiniz. Ödəniş yalnız AccessBankda (bütün filiallarında) ödənilməlidir və sizdən əlavə rüsüm tutulmayacaq. Bütün vergi və rüsumlar məbləğə daxildir.
5. Köçürməni etdikdən sonra qəbzin sürətini 12 saat ərzində mərkəzin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməlisiniz.

Yalnız bundan sonra sizin qeydiyyatınız tamamlanmış hesab olunur.

İmtahana qeydiyyat bitəndən sonra sizin elektron ünvana imtahanın tarixi və saatı haqqında bildiriş göndəriləcək.

» İmtahan qaydaları

» İmtahanın ümumi şərtləri

» İmtahan qeydiyyat vərəqəsi

» İmtahan rüsumu, günləri və qeydiyyat vaxtları

İMTAHAN NƏTİCƏLƏRİ

» Goethe-Zertifikat A1: SD 1 (07.2018)

» Goethe-Zertifikat A2 (07.2018)

» Goethe-Zertifikat B1 (07.2018)

» Goethe-Zertifikat B2 (07.2018)

» Goethe-Zertifikat C1 (07.2018)

» Goethe-Zertifikat A1: SD 1 (07.10.2018)